azia.az
azia.az

Qarpız böyrəklər üçün xeyirlidir? — Nefroloqdan cavab

19-08-2024, 09:19

"Qarpız yeyin. böyrəkləniz daşdan, qumdan təmizlənsin” fikri tibbi baxımdan doğrudurmu?Həqiqətən də təkcə qarpızla böyrəklərə dəstək verə bilərik?

Azia.az blogu medicina.az-a istinadən xəbər verir ki, nefroloq-həkim Olqa Azarenko qarpızın böyrəklərə faydası və zərərindən danışıb:

“Ümumiyyətlə, hər hansı bir orqanı təmizləmək tibbi baxımdan düzgün fikir deyil. Çünki böyrəklər özləri özünü təmizləyən orqandır.

Böyrəklər qanı, orqanizmi son maddələrdən, tullantılardan, toksik birləşmələrdən, dərman qallıqlarından təmizləyir.

Tibbi baxımdan qarpız, yemiş, xiyar maye yükünü artırır və böyrəklərin işini çoxaldır. Lakin bu heç də onların təmizlənməsi demək deyil.

Bəzi nefroloji problemlərdə, xəstəlijklərdə, xroniki böyrək yetməzliyində əksinə maye çoxluğu, qarpız zərər verə bilər. Əgər böyrəklərə dəstəkdən danışsaq, onlar üçün qarpızla adi suyun heç bir fərqi yoxdur. Yəni qarpızda xüsusi faydalı bir tərkib yoxdur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi