Kişilər daha çox bu qadınları xoşlayır – ŞOK SİRR AÇILDI
“Kişilərin evli və subay olmasından asılı olaraq qadınlara münasibətləri fərqli olur. Məsələn hansısa kişi subay vaxtı xoşladığı qadın tipini evlənəndən sonra sevməyə bilir. Və yaxud da xoşladığı qadın tipi ilə bəzən ailə qurmaq istəmir,onunla ancaq sevgili qalmaq istəyir”.
Bunu açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib. O bildirib ki, bütün kişilər ilk növbədə deyingən qadınları sevmir:
“Dünya dağılsa belə ağıllı qadın işgüzar ərini zəng edib, bezdirməməlidir. Və yaxud kişi ayağını evin kandarına basan kimi qadın içindəkilərə ona qarşı püskürməməlidir. Səbrli qadınlar kişilərin baş tacıdır.Bundan başqa kişilər daha çox diqqətcil və həssas qadınları sevirlər. Çünki, kişilər qadından bəzən ana nəvazişi də gözləyirlər. Bu təmənnasız nəvazişi verən qadınlardan kişilər heç zaman qaçmır. Bundan başqa kişilər təmizkar və özünə baxan qadınları xoşlayırlar”.
Psixoloq qeyd edib ki, kişilərin həyat yoldaşı yox, sevgili olmaq istədiyi qadınlarda isə əsasən bunları görmək istəyirlər:1. İdmanı sevən, saçlarını tez-tez boyayan və dırnaqlarına belə qulluq edən xanımlara bəylər çox dəyər verirlər.
2. Hündürdaban ayaqqabı geyinən qadınlar da kişilərin xoşuna gəlir.
3. Səliqəli geyinmək qadınları hər zaman diqqət mərkəzində saxlayır. Dərin dekolte və uzun libasda dərin kəsikli paltar geyinən qadınlara kişilər sadəcə laqeyid qala bilmirlər. Dönüb, dönüb baxırlar.
4. Çox arıq olmayan 90-60-90 ölçülü qadınları kişilər daha çox xoşlayır. Belələrinə kişilər öz aralarında bəzən “balıq” da deyirlər.
5. “Gəzməyə sarışın, evlənməyə əsmər xanım”- deyə bir fikir var. Kişilər ağ bəniz və sarışın qadınlara qarşı hər zaman zəifdirlər”.