Böyük Millət Məclisində dava düşdü
Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb. Xəbər verilir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından olan deputat Ahmet Şık AKP üzvlərini təhqir edib.
Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.