Müğənnini evində döyüb video çəkdilər-BAKIDA DƏHŞƏT( FOTO)
Avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluqda suçlu bilinib məhkum edilmiş Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifov barələrindəki hökmdən apelyasiya şikayətinə baxılacaq.
Bildirilir ki, ittihama görə 2023-cü il iyunun 6-da Hökümə Əşrəfzadə, bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov, Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevə qarşı quldurluq etmək barədə razılaşıblar. Belə ki, Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanıblar. Rəhimə Əşrəfzadə avtomobildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedərək, orada bir müddət olub, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə Əşrəfzadə evə daxil olublar. Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub.
Sonra Heydər Əkbərov və Zaur Zeynalov yıxıldığı yerdə yumruq və təpiklə Elçin Kişiyevi vurmaqda davam edərək Hökümə Əşrəfzadəni zorlamaqda ittiham edib və buna görə cəzalandırılacağını bildirib, onu kapron qaytanla qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib. Heydər Əkbərovun və Hökümə Əşrəfzadənin telefonları ilə danışıqların videoçəkilişini aparıb. Daha sonra Elçin Kişiyevin evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə ümumilikdə Elçin Kişiyevə 4 min 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər. Heydər Əkbərov və Zaur Yusifov özlərini qismən, Rəhimə və Hökümə bacıları isə ittiham üzrə ümumiyyətlə, özlərini təqsirli bilmirlər.
İlkin instansiyada təqsirləndirilən şəxs qismində ifadə verən Hökümə Əşrəfzadə zərərçəkmiş şəxs Elçin Kişiyevlə restoranda tanış olduğunu deyib: "O, mənim atamın dayısı oğlu ilə dost olub. Mən ofisiant işləyirdim. Mənə dedi ki, sən bu işə layiq deyilsən və məni həmin restorandan çıxarıb başqa bir yerə işə düzəltdi. Mən onu əmi kimi bilmişəm. Günlərin bir günü özümü onun yatağında, çılpaq vəziyyətdə gördüm. Məni kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) qorxudurdu. Mən başıma gələnləri bacım Rəhiməyə danışmışdım. Günlərin birində Elçin Zəka mənim bacımı gecə yarısı evinə çağırdı. Evdə heç nə yox idi. Təqsirləndirilən şəxs Heydərdən evə yeyəcək bir şeylər alıb bizə gəlməsini xahiş etdim. Başıma gələnləri ona da danışdım. Və dedim ki, bacımı da çağırıb. Artıq Heydər də Elçin Zəkanın evinə getdi. Daha sonra mən o evə getdim və gördüm ki, Elçin Zəkanı Heydər döyüb. Mən orada bıçaq görmədim". Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əşrəfzadə ilə Rəhimə Əşrəfzadənin hər biri 8 il 3 ay, Heydər Əkbərov 10 il və Zeynal Yusifov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Müttəhimlər barələrindəki hökmün dəyişdilməsini istəyirlər.