Alqış sədaları altında helikopterdən enən cütlük bir cığırda əl-ələ verib daha sonra çiçəklərdən düzəldilmiş nəhəng ürəyin qarşısında qarşılaşıb, arxa planda atəşfəşanlıq olub.
Prezident Caparovun 2020-ci ildə "Miss Qırğızıstan" seçilən 23 yaşlı bacısı qızı Ləzzat Nurqojoyeva sosial media hesabında evlilik təklifinin görüntülərini paylaşıb və ölkədə ciddi rezonansa səbəb olub.
Bu görüntülər dövlət başçısını hiddətləndirib.
Baş verən hadisəyə görə Qırğızıstan prezidenti xalqdan üzr istəyib: "Bacım qızına görə ictimaiyyətdən üzr istəyirəm”.
Prezident yerli mediaya onu da bildirib ki, bacısı qızının nişanlısı Aftandil Sabırbekov L.Nurqojoyevanı sevmir, sadəcə olaraq özünə siyasi dəstək qazanmaq və qanunsuz əməllərini gizlətmək üçün onunla evlənmək istəyir.
Sabırbekovun ictimaiyyət qarşısında üzr istəməməsi isə prezident Caparovu daha da qəzəbləndirib. Nəticədə prezident Caparov həmin şəxsin həbsinə göstəriş verib.
Baş verən hadisənin belə bir rezonansa səbəb olaması isə son günlərdə sel daşqınları nəticəsində Qırğızıstanda 22 nəfərin ölümü və 4551 evə ziyan dəyməsi ərəfəsində baş verməsi olub.
Mürtəza