azia.az
azia.az

Körpələrə bal yedirtmək olmaz - Uşaq botulizmi nədir?

30-07-2024, 10:31

Uşaq nevrologiyası mütəxəssisi professor Serdal Güngör 1 yaşından kiçik körpələrə verilən balın zəhərlənmə riskinin olduğunu vurğulayaraq, körpələrdə əzələ zəifliyi və iflic kimi ciddi problemlər yarada biləcəyini bildirib.




Bakupost.az xəbər verir ki, mütəxəssis körpələrdə baldan qaynaqlanan qida zəhərlənməsi kimi tanınan uşaq botulizminə diqqət çəkib:


“Uşaq botulizmi nadir, lakin ciddi bir xəstəlikdir və ən çox ilk 6 ayda bir yaşdan kiçik uşaqları təsir edir. “Clostridium botulinum” adlı bakteriyaların sporlarının həzm edilməsi nəticəsində baş verir. Körpələrin bağırsaq sistemində qoruyucu bakterial flora və klostridiumu inhibə edən öd turşuları yoxdur. Bakterial sporlar ətraf mühit şəraitinə son dərəcə davamlıdır. Körpələrin bağırsaqlarında bu sporların əmələ gətirdiyi neyrotoksin sinir hüceyrələri arasında əlaqəni kəsərək, əzələ zəifliyinə və iflicə səbəb olur. Uşaqlarda botulizm adətən baldan və ya torpaqda aşkar edilən bakteriya sporları ilə təmas nəticəsində yarana bilər”.





O, xəstəliyin erkən diaqnozu və müalicəsinin vacibliyini vurğulayıb:


“Uşaqlarda botulizmin əlamətləri adətən toksin qəbulundan 12-36 saat sonra ortaya çıxır. Əzələ zəifliyi (disket körpə sindromu), göz qapaqlarının sallanması, gözyaşının və tüpürcəyin azalması, ifadəsiz üz, zəif əmmə refleksi və tıxanma, hipoaktivlik, qəbizlik və bağırsaq hərəkətsizliyi, ağlama və tənəffüs çətinliyi kimi simptomlar sürətlə irəliləyərək tənəffüs çatışmazlığı ilə nəticələnə bilər. Ona görə də xəstəliyin erkən diaqnostikası və müalicəyə tez başlanması həyati əhəmiyyət kəsb edir”.


Professor körpələri qidalandırarkən valideynlərin səhvə yol verdiklərini bildirib:


“1 yaşından kiçik körpələrə bal verilməməli, torpaqla təmasdan qaçınılmalıdır. Anaların ən çox etdiyi səhv əmzikləri bala batırıb körpələrə yedizdirməkdir. Körpələrdə bu xəstəliklə bağlı maarifləndirmənin gücləndirilməsi, profilaktik tədbirlərin görülməsi ölüm və xəstələnmə hallarının azalmasında əsas rol oynayır”.


Vasif

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi