azia.az
azia.az

Mövlam Şıxəliyevə qarşı daha bir iddia - Generaldan maddi ziyan tələbləri artır

27-07-2024, 17:27

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Qulam Bağırov məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun məlumatına görə, o, Xəzər Rayon Məhkəməsində qaldırdığı iddiada Mövlam Şıxəliyevdən ona dəymiş zərərin ödənilməsini tələb edir. 

İş hakim Əkrəm Qəhrəmaovun icraatındadır. Məhkəmə iclasının vaxtı hələ ki, müəyyən edilməyib.

Qulam Bağırovdan əvvəl başqa bir zərərçəkən Orxan Abdullayev Mövlam Şıxəliyevi eyni tələblə məhkəməyə vermişdi.
Mövlam Şixəliyev 2015-ci ildə "MTN işi" çərçivəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham irəli sürülüb. 

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Seyid


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi