İsti havalarda niyə başımız ağrıyır? – SƏBƏB
İsti olanda bir çox insan baş ağrısından şikayətlənir.
Xəbər verilir ki, isti hava ilə baş ağrıları arasında həqiqətən əlaqə var.
Yay aylarında vegetativ-damar distoniyası və ya böyrəküstü vəzlərinin patologiyası diaqnozu qoyulmuş insanlar ən çox sağlamlıqlarından şikayət edirlər. Tipik olaraq, bir neçə qurtum çay və ya qəhvə baş ağrılarını aradan qaldırmağa kömək edəcək. Həmçinin, yayda baş ağrısı susuzluq səbəbindən də yarana bilər. Çünki bu zaman bədən daha az oksigen alır. Bu da baş ağrısı, başgicəllənmə və hətta huşunu itirmə ilə nəticələnə bilər.
İstidə başınız ağrıyanda ediləcək ilk iş təzyiqinizi ölçməkdir. Başgicəllənmə, gözlərin qaralması, zəiflik, sinə ağrısı və taxikardiya kimi xoşagəlməz simptomlar artarsa, həkimə müraciət etməlisiniz.
Belə vəziyyətlərdə ilk olaraq kölgəyə keçin, soyuq kompres tətbiq edin və soyuq nə isə içməyə çalışın.