azia.az
azia.az

Əməkdar artist gənci toyda buna görə vurdu-RƏZALƏT

13-07-2024, 09:14

Əməkdar artist Firuzə İbadova Şirvanda toyda onunla oynamaq istəyən gənci döyüb.

 İfaçı bu barədə "7 canlı" verilişində deyib:

 "Bu hadisə illər əvvəl olub. Övladım yaşda oğlan idi. Sevmirəm məclisdə kişinin gəlib qadının qulağına nəsə deməsini. Gəldi qulağıma dedi ki, oynayaq. Cavab verdim ki, oğlum, get otur. Dedi yox, siz mənimlə oynayacaqsınız. Gördüm əl çəkmir, kobudcasına mikrofonu qoydum yerə. Yapışdım köynəyindən, dedim, mənimlə oynamaq istəyirsən? Qayıtdı hə... Dedim, gəl oynayaq, dartdım onu və silləni vurdum. Yıxıldı yerə.
Özüm də məəttəl qaldım ki, bunu necə etdim? Elə bil bir aktrisa igidi vurdu yerə yıxdı. İşıqlar yandı, gördülər bir nəfər uzanıb yerə. Qayıtdı ki, oynamaq istəyirdim nə etdim? ".  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi