azia.az
azia.az

Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Vəkili Ceyhun Yusifov haqqında yazılanlara cavab verdi

10-07-2024, 15:33

Hörmət li vəkil, Azia.az saytında onun haqqında yazılan yazının silinməsinitələb edir. Və əyər bu baş vermçəsi məhkəməyə müraciət edəcəyini bildirir. 

Biz də Azia.az saytı olaraq qarşı tərəfin cavab haqqını tanıyaraq, poçtumuza ünvünladığı məktubu olduğu kimi dərc edirik. 

Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Vəkili Yusifov Ceyhun Salman oğlu tərəfindən

Mobil: 050-210-28-23

 

TƏKZİB

Bildirirəm ki, media platformanızda 07.07.2024-cü il tarixdə barəmdə “Tanınmış vəkil həyat yoldaşını bıçaqladı-ŞOK OLAY” başlıqlı yazı paylaşılmışdır. Həmin yazının məzmununda guya mənim həyat yoldaşıma bıçaq zərbəsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla xəsarət yetirməyim, həmin hadisənin Xətai Rayon Prokurorluğu tərəfindən ört-basdır edilməsi və.s digər məlumatlar öz əksini tapmışdır.

Yayılan məlumatlar tamamilə əsassız və yalandır, heç bir hüquqi əsası yoxdur. Həmin yazılarda dərc olunan ağır ittihamı da tam şəkildə rədd edirəm. Həmin şər-böhtan xarakterli yazının sifarişçisi və təşkilatçısı mənim “həmkarım”dır. Kütləvi informasiya vasitələrində mənimlə bağlı şər-böhtan xarakterli məlumat yayanlar barəsində artıq xüsusi ittiham qaydasında məhkəmə mübahisəsi başlanmışdır

Sizdən xahiş edirəm kütləvi informasiya vasitəsi olaraq qərəzli olaraq yayılan əsassız xəbərin saytınızdan silinməsini təmin edəsiniz. Əks təqdirdə tərəfimizdən məhkəməyə müraciət olunacaqdır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi