azia.az
azia.az

“Mənə qarşı təhqir kampaniyası başladılıb” — Əməkdar jurnalist

8-07-2024, 23:24

"Nə özünüzə əl qatmısınız? Milli Məclisə növbədənkənar seçkilərin elan ediləcəyi bilindikdən dərhal sonra bir qrup adam özünə əl qataraq kölgəmi baltalamaqla məşğuldur”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət bildirib. 

Onun sözlərinə görə günlərdir barəsində təhqir kampaniyası başladılıb:

“Baxıram ki, bir tərəfi Tehrana, bir tərəfi Moskvaya, bir tərəfi Londona və bənzəri Qərb mərkəzlərinə bağlı, əsasən də Bakıdan körükləndirilən bir dəstə neçə gündür şəxsimi təhqir kampaniyasına başlayıb. Əsasən də sadə vətəndaşın – kasıb təbəqənin faydasına səsləndirdiyim fikirləri belə təhqirlə qarşılayır bu ünsürlər. Özü də iddia edirlər ki, onlar “xalqın adamı”dır, mənsə “rejim”in. Maraqlıdır, uzun müddət susduqdan sonra bunları yenə də hərəkətə keçirən nədir?”

A.Həsrət bunun səbəbini də açıqlayıb:

 “Bunlar elə düşünür ki, (əslində bunları Bakıdan hərəkətə keçirənlər) mən də deputatlığa iddia edəcəyəm. Ona görə də narahat olublar. Düşünürlər ki, bunu “gözdən salaq”, seçkiyə qatıla bilməsin, qorxub geri çəkilsin. Ay sizi dovşan yesin! Tehran (Qum) və Moskvadakı ağalarınız çox narahatdır, hə? Başa düşürəm onları. Niyə də narahat olmasınlar ki? Hər halda Azər Həsrətin sadəcə Milli Məclisdə olması onların əhvalına soğan doğramağa yetər. Qınamıram. Azərbaycanın bütün düşmənləri həm də mənim şəxsimə qarşı kampaniyalarda birləşirlər. Yurd dışında olanlarla işim yox, amma onlara Bakıdan - ən yüksək səviyyədən əmr verən, züy tutanlarla yəqin ki, DTX məşğul olmalıdır. Ki, bu adamların Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə necə xəyanət etdiklərini aşkarlasın, dövlətimizi daha böyük təhlükələrdən qorusun...” 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi