azia.az
azia.az

Sakinlərdən Gəncə Yaşıllaşdırma şöbəsinə ETİRAZ- “Budanmayan ağacları külək qırıb?-FOTO+VİDEO

24-06-2024, 09:20

“Biz uzun illərdir Gəncədə yaşayırıq amma bu cür güclü külək, qasırğa müşahidə etməmişdik. Külək o qədər güclü idi ki, qocaman ağacları belə kötüyündən çıxarıb. Əksər yerlərdə müvəqqəti də olsa hərəkət çətinləşib. Biz düşünürük ki, ağaclar vaxtında budansaydı bu cür hallarla üzləşməzdik. Bir də görürsünüz ki, ağacın budağı az qalır qırılıb düşsün başımıza. Küləkli havada bu təhlükə ikiqat artır” -deyə şikayətçi bildirib.

Moderator.az olaraq mövzunu araşdırmaq qərarına gəldik. Həqiqətənmi qasırğa zamanı daha çox budanmayan ağaclar qırılır? Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin rəisi Elmar Əzizov sakinlərin dediyi sözləri qəbu etmədi:
“Bu qeyri-peşəkarların sözləridir. Ağaclar vaxtlı-vaxtında budanır. Gəncə şəhərində baş verən fırtına çox güclü idi. Onun qarşısında davam gətirmək çətin məsələdir. Dam örtükərinə də, əhaliyə də, çinar ağaclarına da ziyan dəyib. Bu çinar ağaclarının elə gövdələri var ki, daxildən onlara qurt da düşür, göbələk xəstəliyi də, onların bəzi hissələri kövrək olur. Güclü külək olanda onlar müqavimətini saxlaya bilmir” deyə o bildirib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi