azia.az
azia.az

Ermənilər Kərki kəndindən çıxırlar? - Rəsmi REAKSİYA

18-06-2024, 12:58

Ermənistanın Ararat vilayəti qubernatorunun administrasiyası Naxçıvanın işğal altında olan Kərki (ermənilər Tiqranaşen adlandırılar-red.) kəndində məskunlaşmış erməni sakinlərinin oranı tərk etməyə hazırlaşması ilə bağlı mətbuatda dərc olunan məlumatı təkzib edib.

Redaktor.az xəbər verir ki, administrasiyanın məlumatında deyilir:

“Tiqranaşen sakinlərinin (?) kəndi tərk etməyə hazırlaşdıqları, xüsusən də qubernatorun əmri ilə onlara avqusta qədər evlərini tərk etmək üçün 12 milyon dram təklif edildiyi barədə dərc edilən məlumat tam dezinformasiyadır.

Biz bir daha KİV nümayəndələrini reallığa uyğun gəlməyən və sərhəddəki vəziyyətlə bağlı narahatedici məlumatları dərc etməkdən çəkinməyə çağırırıq”.

Xatırladaq ki, Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır.

Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir.

Kənddə 150-dək erməninin qanunsuz məskunlaşdığına dair məlumatlar var.

Kərki kəndi hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş esklav yaşayış məntəqəsidir  (modern.az). 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi