azia.az
azia.az

Bu hərbçilərə Tərtər işi”nə görə hökm oxundu “-ŞOK DETALLAR

5-06-2024, 08:32

Sumqayıt Məhkəmə Kompleksində İyunun 4-də “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Ruslan Mikayılov 6 il 10 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətə azadlıqdan məhrum edilib.


Xatırladaq ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Baş Prokurorluqda 2021-ci ilin dekabr ayında “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərar qəbul edilib. İstintaq zamanı hərbi qulluqçulara işgəncə verdikləri, onların qanunsuz azadlıqdan məhrum etdikləri məlum olub. Həmçinin sözügedən şəxslər vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək cinayət məsuliyyətinə cəlb olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi