azia.az
azia.az

"Saytlara daxil olaraq..." - XƏBƏRDARLIQ, HƏR AN...

4-06-2024, 12:37

Kibercinayətkarlığın yeni forması müşahidə olunur.  

 

Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O qeyd edib ki, hər bir vətəndaş diqqətli olmalıdır.

 

“İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülüb. Buradan 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb”, - Hacıyev bildirib.

 

Qurum rəsmisinin sözlərinə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakıda vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs tutulub.

 

Günay 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi