MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının növbəti iclasları keçirilib
Standartlaşdırma sahəsindəMDB ölkələrində fəaliyyət göstərən müvafiq orqanlartərəfindən ötən il ərzində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı iləMDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Dövlətlərarası Texniki Komitələrinin Əlaqələndirilməsi üzrə İşçi Qrupun (РГ МТК) 13-cü iclası vəStandartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının (НТКС) 67-ci müşavirəsikeçirilib.
22-23 may tarixlərində hibrid formatda (həm əyani, həm də videokonfrans) təşkil olunan tədbirdə Azərbaycan,Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistanvə digər ölkələrin standartlaşdırma üzrə milli orqanlarının təmsilçiləri, habelə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun nümayəndələri iştirak ediblər.
İşçi Qrupun (РГ МТК) iclasında 2023-cü il ərzində yerinə yetirilmiş fəaliyyətlər üzrə hesabatlar dinlənilib, mövcud Dövlətlərarası Texniki Komitələrinbirləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi, eləcə də yeni Dövlətlərarası Texniki Komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.
Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın müşavirəsində (НТКС) isə İşçi Qrupuniclasının nəticələri,habelə 2030-cu ilə qədər olan dövr üçün Dövlətlərarası Şuranınİnkişaf Strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planının icra vəziyyəti, 2024-2025-ci illər üçün Dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС) nəzərdən keçirilib. Bundan başqa, dövlətlərarası standartlaşdırma sahəsi üzrə sənədlərə baxılması prosesi, rəqəmsal həllərin tətbiqi və digər məsələlər də müzakirə olunub.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi, eləcə də digər qurumlar arasında ikitərəfli görüşlər baş tutub.
Qeyd:MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə əlaqələndirilmiş siyasətin formalaşdırılması və həyata keçirilməsi üzrə MDB-nin hökumətlərarası orqanıdır.