Nüvə dövləti digər nüvə dövlətini HƏDƏLƏDİ-TƏCİLİ
Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Artem Studennikov bildirib ki, Fransanın Ukraynadakı hərbi əməliyyatlarda iştirakı rəsmi olaraq onu münaqişə tərəfi edəcək.
Azia.az blogu "Lenta.ru"ya istinadən xəbər verir ki, Studennikov Fransanı Ukraynadakı münaqişəyə qarışmamaq barədə xəbərdarlıq edib.
O de-yure Parisin böhranın tərəfinə çevriləcəyini vurğulayıb.
"Bu, qaçılmaz olaraq, iki nüvə dövləti arasında döyüş meydanında ən gözlənilməz nəticələrlə dolu olan toqquşma riskini xeyli artıracaq", - deyə o bildirib.
Humay İSGƏNDƏRLİ