azia.az
azia.az

Dövlət Xidmətində Belarus Respublikasının antiinhisar tənzimləmə və ticarət naziri ilə görüş keçirilib

15-05-2024, 18:15

Dövlət Xidmətində Belarus Respublikasının antiinhisar tənzimləmə və ticarət naziri ilə görüş keçirilib

İki ölkənin antiinhisar orqanları arasında əməkdaşlıq məsələləri və müvafiq sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Belarus Respublikasının antiinhisar tənzimləmə və ticarət naziri Aleksey İqoreviç Boqdanovarasındaikitərəfli görüş keçirilib.

Görüş zamanı rəqabət, antiinhisar siyasəti, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsisahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də müvafiq istiqamətlər üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə həmçininbu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsi, o cümlədən ilin əvvəlindən etibarən tətbiqinə başlanılan “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə geniş məlumat verilib, rəqabət sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlardan bəhs edilib.

Tərəflər biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə hər iki ölkədə həyata keçirilən antiinhisar nəzarətivə haqsız rəqabətə qarşı mübarizə sahəsində dövlət siyasəti barədə fikir mübadiləsi aparıblar.Həmçininrəqabətin təşviqi, müvafiq sahədə qanunvericiliyin tətbiqi, reklam fəaliyyətinə dövlət nəzarətinin təşkili və istehlakçıhüquqlarının müdafiəsi sahələri üzrəəməkdaşlıq məsələləri də geniş müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi