azia.az
azia.az

BUNU ETSƏNİZ 10 CÜR XƏSTƏLİYƏ YOLUXA BİLƏRSİNİZ-XƏBƏRDARLIQ

11-05-2024, 09:55

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. 

Azia.az blogu “medicina”ya istinadən dırnağın yarada biləcəyi xəstəlikləri təqdim edir:

Alimlər bildirir ki, insan dırnaqlarını yeyirsə, o an beyin hansısa problemdən çıxış yolu axtarır, sanki neqativ hissləri ” yeyir”.

-Dırnaqların içi bakteriyaların artması üçün əlverişli yerdir. Çünki barmaqlar çirkli səthlərə çox toxunur.

Dırnaq dibində olan salmonella, bağırsaq çöpü, bir çox qurd yumurtaları ağız vasitəsilə həzm traktına keçir.

– Dişlər, xüsusən ön dişlər emalı korlayır, dişlərin həssaslığını pozur, dişləmi dəyişir, çeynəmədə problemlər yaradır.

– Psixoloji baxımdan dırnağını yeyənlərdə səbəbsiz təşviş, utanc, özünə qarşı dəyərsizlik, kədər xas olur.

-Onixofagiya çənə və boyun əzələlərinə təzyiq nəticəsində boyun hissədə ağrı yaradır.

-Bu adamların dırnaqlarında paronixiya adlı infeksiya, irinləmə, qızartı, şişkinlik da çox olur.

-Bu adamlarda göbələk həmişə normadan artıq olur

Dırnaq yeməyi tərgitmək siqaret və alkoqol kimi çətindir, bunun üçün məqsəd və stimul olmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi