azia.az
azia.az

Keyfiyyət portalından istifadə qaydaları ilə bağlı kalibrlənmə və sınaq laboratoriyalarının nümayəndələrinə seminar keçirilib

6-05-2024, 18:45


Akkreditasiya edilmiş sınaq və kalibrlənmə laboratoriyaları üçün2024-cü il 1 may tarixindənkalibrlənmə haqqında sertifikatların və tədqiq (sınaq) nəticələrinə dair protokollarınKeyfiyyətportalındatərtib edilməsi imkanı yaradılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Keyfiyyət portalından(https://e-keyfiyyet.gov.az/)istifadə qaydaları ilə bağlı akkreditasiya edilmiş sınaq və kalibrlənmə laboratoriyalarının nümayəndələri üçün seminar keçirilib.

İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 150-dən çox kalibrlənmə və sınaq laboratoriyalarının nümayəndələrinin iştirak etdiyi tədbirdətexniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya,uyğunluğun qiymətləndirilməsi  və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin səmərəli təşkili və xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, sözügedən sahədə xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış Keyfiyyət portalıcari ilin aprelin 1-dən etibarən real rejimdə fəaliyyət göstərir.Bu ilinmayın 1-dən etibarən akkreditasiya edilmiş sınaq və kalibrlənmə laboratoriyalarıkalibrlənmə haqqında sertifikatlarınvətədqiq (sınaq) nəticələrinə dair protokollarınportal vasitəsilə yaradılması imkanını əldə ediblər.

İlkin mərhələdə portal vasitəsilə keyfiyyət infrastrukturu sahəsində aşağıda qeyd olunan sənədlərin və nişanların elektron qaydada tərtibi və qeydiyyatı nəzərdə tutulub:

  1.  mallara, işlərə, xidmətlərə dair uyğunluq sertifikatlarının tərtibi;
  2.  idarəetmə sistemlərinə dair uyğunluq sertifikatlarının tərtibi;
  3.  ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin tərtibi;
  4.  ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatlarının tərtibi;
  5.  yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı;
  6.  yararsızlıq haqqında bildirişlərin tərtibi;
  7.  inspeksiya rəylərinin tərtibi;
  8.  sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun tərtibi.

 

Məlumat üçün bildiririk ki,Keyfiyyət portalı Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrindərəqəmsallaşmanın təşkili üçün nəzərdə tutulub.2024-cü il mayın 1-dən etibarən ölçmə vasitələrinin ticarət dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər tərəfindən standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunmasına dair müraciətlərin də “Keyfiyyət Portalı” vasitəsilə elektron qaydada həyata keçirilməsinə başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi