Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
Kürdəmir rayonunda 1990-cı il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu və həmkəndlisi Faiqi (adlar şərti verilib – red.) öldürməyə cəhd edib, onun arvadı Faziləni öldürməklə hədələyib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əsəd 26 sentyabr 2022-ci ildə, saat 8 radələrində yaşadığı Kürdəmir rayonunun kəndində həmkəndlisi Faiqin yaşadığı evin qarşısına gəlib. O, Faiqə arvadı Faziləyə bir neçə il əvvəl 200 manat pul verdiyini iddia edib.
Əsəd Fazilənin əvvəllər bir neçə dəfə onunla cinsi əlaqəyə girmək təklifindən imtina etdiyinə görə ondan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxarıb, həmin bıçağı qəsdən Faziləyə göstərib. Ona “bu bıçağı sənin üçün almışam, bu bıçaqla sənin başını kəsəcəm” sözlərini deməklə, onu öldürməklə hədələyib.
Bundan başqa, 27 sentyabr 2022-ci ildə saat 19 radələrində Faiq Əsədə yaşadığı evin qarşısındakı torpaq yolda mütəmadi olaraq onun arvadı Faziləyə cinsi əlaqədə olmağı təklif etməsi, Faziləni öldürməklə hədələməsi barədə haqlı iradını bildirib.
Bu zaman Əsəd Faiqə “əcəb etmişəm, yenə edəcəm” deyə bildirib, Faiqi əsaslı səbəb olmadan münaqişəyə cəlb edib. Bundan sonra Əsəd Faiqi öldürmək qərarına gəlib.
Bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü Əsəd üzərində gəzdirdiyi bıçağı şalvarının sağ cibindən çıxarıb və Faiqin döş qəfəsinə, qarın nahiyəsinə xəsarətlər yetirib. Köməyə gəlmiş ətrafdakı şəxslər tərəfindən Faiq vaxtında xəstəxanaya çatdırıldığından ölümdən xilas olub.
“Onlara qarşı acıqlı olmuşam”