“Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə reyd keçirib.
Azia.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, dayanma-durma qaydasını pozan sürücülərə qarşı tədbir görən zaman bir nəfər DYP əməkdaşlarının xidmətinə müdaxilə edərək, “yazma, bunu burax” kimi ifadələr işlədərək, qanuni fəaliyyətə imkan verməyib və əl-qol hərəkətləri edib.
Hadisə polislər yolun ikinci sırasında saxlayan avtomobilləri cərimə edən zaman baş verib. Nəticədə 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş Elçin İbadov (ad-soyad şərti) saxlanılıb.
Məhkəmənin qərarı ilə həmin şəxs 150 manat məbləğində cərimə edilib.