azia.az
azia.az

İran İsrailə 400-500 PUA və 150 raketlə hücum edib - TƏFƏRRÜAT

14-04-2024, 09:18

İranın İsrail ərazisinə dron və raketlərlə hücumunun təfərrüatı məlum olub.

BAKU.WS-in məlumatına görə, İsrail tərəfi ölənlər barədə xəbər verməyib. ABC telekanalının məlumatına görə, İran 400-500 pilotsuz uçan qurğu və 150 raketlə İsrailə hücum həyata keçirib. Al-Arabiya-nın məlumatına görə, isə pilotsuzlar İranın qərb vilayətlərindən və eləcə də Kirmanşahdan atılıb. Həmçinin hücumda Yəmən hüsiləri və "Hizbullah" qruplaşması da iştirak edib.

Sky News Arabia isə xəbər verir ki, İran İsrailə Shahed-238 pilotsuz qurğularından istifadə edib. İRNA isə İsrail ərazisinə ballestik raketlər də atıldığı məlumatını verib. Al Arabiya ABŞ və Britaniya hərbçilərinin 100-ə yaxın pilotsuz aparatların vurulduğunu xəbər verib.

İranın rəsmi dövlət agentliyi İRNA İsrailin Neqev səhrasındakı Hərbi-Hava qüvvələri bazasına da zərbələr endirildiyi məlumatını yayıb. Hücum zamanı "Xeybər" ballistik raketlərindən istifadə edildiyi deyilir. Agentlik bazaya ciddi zərər dəydiyini qeyd edir. İsrail Müdafiə Ordusunun rəsmisi Daniel Haqari isə bazanın minimal zərər gördüyünü bəyan edib. İsrail tərəfi ölənlər haqda məlumat vermir.

İsrailin "Maqen David adom" ("Davidin qırmızı qalxanı") təcili yardım xidməti isə 31 nəfərə tibbi yardım göstərildiyini açıqlayıb. Onlar təhlükəsiz əraziyə köçürülərkən stress və aldıqları yüngül xəsarətlərlə bağlı tibb xidmətinə müraciət ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi