azia.az
azia.az

"...Vətəndaşlara göndərdikləri şablon məktubları deputatlara da göndərməsinlər"-DEPUTATDAN ŞOK SÖZLƏR

15-03-2024, 17:54

“Məcburi köçkünlərə verilən aylıq müavinət, loru dildə desək, "çörəkpulu" ərindən boşanmış qadınlara verilmir”. 


Xəbər verilir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

 

“Bunun bərpasını vacib hesab edirəm. Bu qaydalara bir bənd əlavə edilməlidir”, - millət vəkili qeyd edib.  

 

O, İmişlinin kanalizasiya sisteminin yarımçıq qaldığını deyərək, bunun üçün vəsait ayrılmasını xahiş edib.

“Xahiş edirəm, Nazirlər Kabinetinin işçilərinə deyin ki, vətəndaşlara göndərdikləri şablon məktubları deputatlara da göndərməsinlər. İndiki dövrdə vəzifə siyasi fəaliyyətə görə yox, vətəndaşlara, dövlətə xidmət üçün verilir”.

 

Spiker Sahibə Qafarova Razi Nurullayevə bildirib ki, qanunvericiliyimizdə çörəkpulu termini yoxdur.

 

Firuzə Əliyeva



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi