Qadınlara buna görə ciddi XƏBƏRDARLIQ-MÜTLƏQ OXUYUN
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun bəyanatında deyilir ki, bir çox insanlar alkoqol istehlakının qadınlar arasında ən çox yayılmış xərçəng - süd vəzi xərçənginin inkişafı üçün əsas risk faktoru olduğuna diqqət yetirmirlər.
Azia.az blogu lent.az-a istinadən bildirir ki, ÜST hesab edir ki, bu əlaqə haqqında məlumatlılığın aşağı olması bu xəstəliyin qarşısının alınmasına ciddi maneə və qadınların sağlamlığı üçün problemdir.
Son araşdırmalar göstərir ki, Avropanın 14 ölkəsində qadınların yalnız 21 faizi və kişilərin 10 faizi alkoqol qəbulu ilə süd vəzi xərçənginin inkişaf riski arasında əlaqədən xəbərdardır.
Təşkilat, bu xəstəliklə alkoqolun bir çox döş xərçənginin inkişafında və artmasında mühüm rol oynayan estrogen səviyyəsinə təsir etdiyini izah edib. Alkoqolun hormon səviyyələrinə təsiri riskin artması ilə qismən izah edilə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, avropalı qadınlar üçün spirtlə əlaqəli döş xərçəngi bütün halların 66 faizni təşkil edir. Təkcə 2022-ci ildə Avropa regionunda bu xəstəliyə 600 mindən çox yoluxma halı qeydə alınıb.