Braziliyanın San-Paulu şəhərində 27 yaşlı Mirian Santana internetdən əldə etdiyi saxta diplomla 30 böyük və uşağı müalicə etdiyini deyib.
Sfera.az xəbər verir ki, onun 8 dollara aldığı sənəd digər səhiyyə ekspertləri tərəfindən müəyyən edilib.
Mütəxəssislər ondan şübhələnərək onun qeydiyyat nömrəsini yoxlayıblar. Bununla da diplomun başqa adda əsl həkimə məxsus olduğu aşkara çıxıb. Polis ilk iş günündə yaxalanan Santananın peşəsinin təsdiqlənmədiyini bildirib.O, ayda təxminən 802 dollar qazanan loqoped olduğunu polisə deyib.
Santana qeyri-qanuni peşə, ideoloji saxtakarlıq, saxta sənədlərdən istifadə, həyat üçün təhlükə törədən və mənimsəməyə cəhd ittihamları ilə həbs edilib.
İnci