İranda antişiə əməliyyatı
İranın cənubundakı Bəndərabbas liman şəhərində antişiə terror qruplaşmasının üzvü həbs edilib.
“Cebhe.info” bu barədə “Tasnim-ə istinadən xəbər verir.
Hörmüzqan əyalətinin polisi bazar günü Bəndərabbasda dəstə üzvü Əkrəm Lahorinin ələ keçirildiyini bildirib.
Bir sıra kəşfiyyat fəaliyyətlərindən sonra polis Lahorini şiələrə qarşı “Sipah-e-Sahaba” terror qruplaşmasının üzvü olmaq ittihamı ilə həbs edib.
Məlumata görə, Lahori Pakistanda bomba hazırlamaq üçün təlim keçib.
Xəzər