Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir - EKSKLÜZİV
Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir.
“Report”un əldə etdiyi məlumata görə, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.