İş adamı Azərbaycandan köçür - Qəbələdəki hotelini satışa çıxardı
Qəbələdə daha bir məşhur hotel satışa çıxarılıb.
Azia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, satılan obyekt şəhərdə fəaliyyət göstərən Fortuna Butik Hoteldir.
25 sot ərazinin içərisində inşa olunan hotelin sahəsi 1400 kvadrat metrdir. Obyekt 2 200 000 manata təklif olunur.
Hotelin satılmasının səbəbi isə adı açıqlanmayan sahibinin ölkədən köçməsi ilə əlaqədadır.