Kamil Zynallı Ermənistana verilir-TƏLƏB
İddialar əsasında saxlanılan Kamil Zeynallı Ermənistana verilə bilər. Qeyd olunur ki, O, Ermənistan Cinayət məcəlləsinin 135, 137, 140, 147 və 149-cu maddələri ilə ittiham olunur.
Moskvada saxlanılan tanınmış ifman məşqçisi Kamil Zeynallının məhkəmə prosesi sabah keçiriləcək.
Referans.az xəbər verir ki, bu barədə Manset.az-a onun Rusiyada yaşayan dostu tanınmış iş adamı Heydər Həsənov məlumat verib:
“Dünən aeroportdan Bakıya qayıdarkən Kamili saxladılar. O, Moskvaya gələndə axtarışda olması ilə bağlı hansısa məlumat verməmişdilər. Yoxsa biz öncədən bir tədbir görərdik. Kamil saxlanıldıqdan sonra dərhal Azərbaycanın Rusiyadakı səfirliyinə məlumat verdik. O, Ermənistanın sorğusu əsasında saxlanılıb. İndi vəkillə polis şöbəsinə gedirik. Artıq onun tədsirləndirildiyi maddələr açıqlanıb. Kamilin məhkəmə prosesinin sabah keçirilməsi nəzərdə tutulur.”
***
Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.
O, Ermənistan Cinayət məcəlləsinin 135, 137, 140, 147 və 149-cu maddələri ilə ittiham olunur. Həmin maddələrdə qanunsuz yaşayış yerinə girmək, böhtan kimi ittihamlar qeyd olunub.
Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.
Qeyd edək ki, Ermənistan Kamil Zeynallını 29 sentyabr 2020-ci il tarixində axtarışa verib. / Unikal