Bu avadanlığın avtomobilə quraşdırılmasına niyə icazə verilmir? - RƏSMİ - VİDEO
Avtomobilinə qaz avadanlığı quraşdıran sürücülər çətinliklə üzləşirlər.
Azia.az Xezerxeber.az-a istinadən məlumatına görə, benzinə qənaət etmək istəyən sürücülər avtomobilə qaz avadanlıqları quraşdırırdı. Əvvələr buna maraq daha çox idi. İndi də maraq olsa da, son vaxtlarda sürücülər bəzi problemlərlə üzləşdiklərini deyir.
Bildirilir ki, qaz avadanlığı quraşdıran servislərə müraciət etdikdə imtina cavabı alırlar. Səbəb kimi də rəsmiləşdirmə zamanı üzləşilən çətinlik əsas göstərilir.
Qeyd edək ki, avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm CNG və ya LPG qazla, həm də benzinlə işləyə bilir. Bu işlə məşğul olan şəxslər də bildirirlər ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər.
Ustalar bildirir ki, bunun heç bir təhlükəsi də yoxdur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qaz avadanlığının avtomobilə quraşdırılmasına icazə yoxdur.
Bəs qanun nə deyir?
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, mühərrikin yanacaq növünün dəyişdirilməsi və əlavə avadanlıqların quraşdırılması mümkündür. Amma bu iş ixtisaslaşmış müəssisələrdə həyata keçirilməli və sürücüyə qaz avadanlığı quraşdıran şirkət sertifikat verməlidir.
Ekspert onu da əlavə etdi ki, bu təcrübə dünyanın istənilən ölkəsində də var. Hətta qonşu Türkiyə, İran və Rusiyada daha geniş yayılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: