azia.az
azia.az

ABŞ-dan qisas zərbələri-KOMANDİR məhv edildi

8-02-2024, 09:11

ABŞ ordusu İraqda fəaliyyət göstərən və İran tərəfindən həm hərbi, həm də siyasi dəstək verilən Kataib Hizbullah silahlı qruplaşmasının mövqelərinə zərbələr endirib.

 Modern.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

Açıqlamada silahlı qruplaşmanın komandirinin öldürüldüyü bildirilir. Pentaqon regionda ABŞ qüvvələrinə hücumlara cavab olaraq zərbələr endirildiyini qeyd edib. 

 

ABŞ ordusu əlavə edib ki, mülki əhali arasında tələfat yoxdur.

Rəsmi açıqlamada komandirin adı çəkilməsə də, "Reuters" agentliyi öldürülən şəxsin Əbu Baqir əs-Saadi olduğunu bildirib.

 

Məlumata görə, hücum Bağdadın şərqində həyata keçirilib. Əs-Saadinin avtomobilinə pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

 

Hücum nəticəsində 3 nəfərin öldürüldüyü və hədəfə alınan avtomobilin bir çoxu İrana yaxın olan onlarla silahlı qrupdan ibarət İraqın Xalq Səfərbərlik Qüvvələri tərəfindən istifadə edildiyi bildirilir.

 

Qeyd edək ki, ötən ay İordaniyada yerləşən ABŞ bazasına hücum nəticəsində 3 amerikalı hərbçi həlak olub, onlarla hərbçi yaralanıb. Hücuma görə məsuliyyəti Kətaib Hizbullah qruplaşması öz üzərinə götürüb. Rəsmi Vaşinqton hücuma cavab veriləcəyini, məsuliyyət daşıyanların cəzalandırılacağını vəd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi