azia.az
azia.az

TƏMİZ BİNƏQƏDİ nağılıda burda bitdi... - Binəqədi ərazisində zibilliyə çevrilən küçələr

4-02-2024, 16:53

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, IV Masazır və Svetlana Məmmədova küçələrində yaşayan sakinlər məişət tullantılarını birbaşa yol kənarına atırlar.

Azia.az  bildirir ki, bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətdə qeyd olunur ki, adıçəkilən küçələrdə zibil konteynerlərinin olmaması yol kənarının zibilliyə çevrilməsinə səbəb olub. IV Masazır küçəsi həm də ərazidəki 30 nömrəli məktəbin yoludur və bəzən şagirdlər küçəyə atılan zibil torbalarının üstündən keçib getməli olurlar. Əraziyə ən yaxın zibil konteyneri isə Mirzə Məmmədxan küçəsində yerləşir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi