Texniki baxışla bağlı yenilik-DİQQƏT
Fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək.
Xəbər verilir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi də tələb ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb. Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.