"Orbita" Mənzil-Tikinti Kooperativi (MTK) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.
İqtisadiyyat.az xəbər verir ki, şirkət bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr (torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələr) ilə bağlıdır.
Məhkəmə işi hakim Nəriman Abıyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "Orbita" MTK-nın rəhbəri iş adamı Famil Bağıyevdir. Həm şirkət, həm də iş adamının adı mətbuatda qalmaqallarla yadda qalıb.
Rəsmi məlumata görə, 2021-ci ildə Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsində "Orbita" Mənzil-Tikinti Kooperativinin piyada səkisini zəbt etdiyi və qanunsuz parklanma yeri təşkil etdiyi aşkarlanıb. Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb. Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülüb.