azia.az
azia.az

Azərbaycan Akkreditasiya Mərkəzi sınaq laboratoriyaları üçün təlimlər keçirib

25-01-2024, 16:11


 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Türkiyə Akkreditasiya Agentliyinin (TÜRKAK)  birgə təşəbbüsü ilə sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyi və   etibarlı nəticələrinə dair tələbləri ehtiva edən ISO/IEC 17025 standartı üzrə təlimlər təşkil olunub. Təlimlər zamanı, həmçinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının tələbləri və AzAK-ın yenilənən idarəetmə sisteminin sənədlərinə dair izahlar təqdim edilib.  

22-24 yanvar tarixlərində interaktiv formatda təşkil olunan təlimlərdə 70-ə yaxın sınaq laboratoriyasının 150 əməkdaşı iştirak edib. Təlimlərdə laboratoriyaların fəaliyyətində mövcud çətinliklər və həlli yolları müzakirə olunub,   qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Təlimlərin təşkil olunmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən sınaq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, AzAK-ın İLAC-a tamhüquqlu üzvlüyü zamanı sözügedən laboratoriyaların nəticələrinin beynəlxalq səviyyədə tanınmasının təmin olunmasıdır. 

Sonda təlimi uğurla başa vuran iştirakçılara AzAK tərəfindən sertifikatlar təqdim edilib.

Məlumat üçün bildirək ki, maarifləndirici tədbirlər AzAK və TÜRKAK arasında 18.02.2022-ci il tarixində məsləhət və təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi