Güclü qarın fəsadları ilə bağlı Yasamal ərazisində ciddi tədbirlər görülür
Ötən həftədən bəri ölkə ərazisinə, o cümlədən paytaxt Bakıya yağan güclü qar xeyli çətinliklərə yol açıb. Bir neçə günlük fasilədən sonra bu gecə yenidən hər tərəf ag örpəyə bürünüb. Nəticədə avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Bu vəziyyəti müəyyən qədər də olsa, aradan qaldırmaq üçün aidiyyatı qurumlar ciddi səylə hərəkətə keçiblər. Bu mənada Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi kollektivinin fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Birliyin əməkdaşları bütün çətinliklərə baxmayaraq, avtomobillərin və piyadaların rahat hərəkət edə bilməsi üçün əllərindən gələni edirlər. Yollar və səkilər qardan təmizlənir, duz səpilir və digər bütün zəruri tədbirlər görülür.
Bu gecə yağan güclü qardan sonra Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ərazidə görülən işlərlə bağlı foto və videoları təqdim edirik.