azia.az
azia.az

Erməni ordusunda qadın səfərbərliyi – Onlar belə istifadə olunacaq

22-01-2024, 18:26

Ermənistan Müdafiə Nazirliyi ölkədə ilk dəfə bir qadının hərbi xidmətə çağırıldığını açıqlayıb. Regionda sülh müzakirələrinin getdiyi bir vaxtda rəsmi İrəvanın “qadın ordusu” yaratması birmənalı qarşılanmır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan rəhbərliyi 44 günlük müharibədəki məğlubiyyətin fonunda müəyyən addımlar atmaq məcburiyyətində idi:

“Bunlarda biri də Ermənistan Baş naziri Nikol Paşinyan və digər rəsmilərin erməni qadınların orduya cəlb olunması ilə bağlı açıqlamaları idi. Bunu yenilik kimi təqdim etməyə çalışdılar. Ermənistan ordusu İkinci Qarabağ müharibəsində böyük itkiyə məruz qaldı və 10 mindən çox fərarisi var idi. Bu boşluqları doldurmaq və mənəvi-psixoloji cəhətdən depressiv olan ordunu xilas etmək üçün belə bir yola əl atdılar”.


Ədalət Verdiyev

Ekspertin sözlərinə görə, rəsmi İrəvan orduda komplektləşdirmə faizini artırmağa, kişi cinsindən olanların psixoloji durumunu üst səviyyəyə çıxartmağa çalışır:

“Orduya cəlb olunan erməni qızların heç birinin ali hərbi savadı yoxdur. Onların təhsil alması üçün Ermənistanda real şərait də mövcud deyil. Orduya cəlb olunan qadınlar daha çox kargüzarlıq, texniki sahələrdə istifadə olunacaqlar. Təbliğat məqsədi ilə yaxın zamanlarda erməni qadınları snayper təlimlərində görə bilərik”.

Safura Bənnayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi