azia.az
azia.az

Zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib-RƏSMİ

13-01-2024, 23:25

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edirik. Əməliyyatlarımız qətiyyətlə davam edir", - açıqlamada deyilir.

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi