azia.az
azia.az

Toyun sonu qanla nəticələndi - DƏHŞƏT

7-01-2024, 09:26

Azia.az media-Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şamxal Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Şamxal Babayev 12 iyun 2023-cü il tarixdə, saat 18 radələrində sinif yoldaşı olmuş həmkəndlisi, 2006-cı il təvəllüdlü zərərçəkmiş Famil Xəlilovla Salyan rayonu, Xıdırlı kəndində yerləşən “Səmayə” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib. Bu zaman o, zərərçəkmişlə eyni masa arxasında yanaşı oturub, öz aralarında zarafat edərək bir-birinin barəsində şəxsiyyətlərini aşağılayan ifadələr işlətdib. Buna görə onların arasında mübahisə yaranıb, toy məclisindən çıxdıqdan sonra kənd ərazisində görüşmək qərarına gəliblər.

 Daha sonra Şamxal Familin təklifi ilə Salyan rayonu, Xıdırlı kəndində açıq ərazidə “pir” adlanan yerdə onunla görüşüb. O, hadisə yerinə gələndə yaşadığı evdən mətbəx bıçağı götürüb. Nəticədə Şamxal bıçaqla Familə ümumilikdə 7 zərbə endirib.

 Hadisədən sonra zərərçəkmiş şəxs əvvəlcə Qaradağ Rayon Tibb Mərkəzinə, daha sonra isə Respublika Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səyin nəticəsində Famil Xəlilovun həyatını xilas etmək mümkün olub.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi