16 nəfərə VƏZİFƏ VERİLDİ
2023-cü ildə məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanan 16 nəfər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul hüququ qazanıb.
Qurumdan verilən məlumata görə, 2023-cü il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 211 133 müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırılması üçün icraya yönəldilib. Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 134 018 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 2 724 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 38 121 müraciət daxil olub. 36 270 sənəd (vətəndaşlar tərəfindən 10 478 ərizə, 8 014 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 976, digər qurumlardan 2 684, tabelikdə olan təhsil müəssisələrindən 6 216 məktub və 4 902 kadr ərizəsi) qəbul olunub.