Sakinlər evlərindən məcbur çıxarılır? - Qatar yolunda təhlükə(VİDEO)
Nizami rayonu Keşlə qəsəbəsi, NZS yaşayış massivində sakinlərə yaşadıqları evlərdən köçmələri ilə bağli bildirişlər göndərilib. Xezerxeber.az-ın məlumatına görə, yaşayış evləri qəzalı vəziyyətdə olduğundan insanlar təhlükə ilə üzləşiblər. Həmçinin ərazidən Bakı-Xırdalan-Sumqayıt sürət qatarları ilə yanaşı yük qatarları da keçir.
Burada yaşayan sakinlər bildirib ki, onları yaşadıqları ərazidən köçürmək əvəzinə məhkəməyə veriblər.