azia.az
azia.az

Azərbaycanlı hakimlərin dərs çıxarmalı olduğu OLAY

16-12-2023, 08:43

Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Ankaragücü” - “Rizespor” matçından (1:1) sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Melerə yumruq zərbəsi endirib. Nəticədə referi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Başverən hadisə nəinki qardaş ölkədə, hətta bütün dünyada böyük rezonans doğurub.

Biz də bildiririk ki, klub prezidentinin hərəkəti yolverilməzdir.

Bu şəkildə müdaxilə, mübarizə yaxşı sonluğa apara bilməz/aparmadı.

Hər şey sivil qaydada həllini tapmalıdır.

Lakin başverən hadisənin tək günahkarı da Faruk Koca sayıla bilməz.

Yarıtmaz idarəçilik və buna göz yuman rəsmilər də klub başqanın səbrinin daşmasına yol açıb.

Deməli, Faruk Koca qədər onlar da günahkardır.

Ortada problem varsa, zamanında müdaxilə mütləqdir.

Əks halda, fəsadı daha böyük canlar almış olur.

Bu gün Azərbaycan Premyer Liqasında da hakim idarəçiliyi çox bərbad durumdadır.

Ən çox əziyyət çəkəni isə "Turan Tovuz" komandasıdır. Bölgə klubu arxada qalan 15 turun yarıdan çoxunda hakim ədalətsizliyi ilə üz-üzə qalıb.

Bunun nəticəsində vacib xal itkiləri yaşanıb.

Klub qarşılaşdığı hakim səhvlərinə qarşı olaraq bəyanat verib, rəsmi səhifədən etiraz postu paylaşıb.



Mütəxəssislər, mətbuat günlərdi yazır, dilə gətirir.

Ancaq ortada dəyişən nəsə yoxdur. Referilər ürəyi istəyəni etməyə davam edir. Yəqin ki, başverənlər İdarə Heyətinin sədri Ehtiram Quliyevə də mənfi təsir edir. Bəlkə də futbol sektoruna gəlməyə peşman edir.

AFFA Türkiyədə başverənlərdən dərs çıxarmalıdır.

Hakimlər Komitəsinə lazımı tapşırıqlar verilməlidir.

Hakimlər özünü toxunulmaz hiss etməməlidir.

Yol verdikləri yanlışlara görə zamanında lazım olan cəzaları almalıdırlar.

Klub rəsmiləri, baş məşqçi, futbolçu heyəti də insandır.

Hisləri ilə davamlı oynamaq olmaz.

Düzdü, Qərb təmsilçisində Faruk təfəkkürdə kiminsə olmasına inanmıram. Lakin düzəlmək üçün də belə hadisələrin olmasını gözləmək lazım deyil.

Əksinə, Ehtiram Quliyev kimi alicənab rəhbərlərin qədrin bilmək, ədalətli idarəçiliklə könlünü almaq yaxşı olardı.

XANOĞLAN İMANOV


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi