azia.az
azia.az

Hacı Mazanın qardaşıyam dedi, sələmçi qadının 25 minini mənimsədi

3-12-2023, 10:06

Bakıda özünü tikinti şirkətin rəhbəri kimi təqdim edib, sələmçi qadını aldadaraq 25 min manatını mənimsəyən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Masallı rayonunda anadan olmuş Adil Zeynalov (soyad şərti) Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı kimi təqdim edib və Xuraman adlı qadına qarşı dələduzluq əməli tördədib.

Adil Xuraman adlı sələmçi qadına klassik kostyumda, hansısa ofisdə kreslo fonunda video bağlantı edərək özünü Ağ şəhər yaşayış sahəsində bina tikintisi ilə məşğul olan şirkətin rəhbəri kimi təqdim edib. O, Xuramanı 60.000 manata qədər məbləğə Ağ şəhərdə yaşayış sahəsində inşa edilməkdə olan binaların birində qeyri yaşayış sahəsini dəyərindən aşağı qiymətə satacağına inandırıb. Nəticədə 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayının 20-dək olan müddətdə müxtəlif tarixlərdə onadan ümumilikdə 24.500 manat pul alıb.

Təqsirləndirilən şəxs Masallı rayonundan olduğundan özünü Hacı Mazan kimi tanınan iş adamının 7 qardaşından biri kimi təqdim edib. Adil hətta qadınla aralarında münasibəti bir qədər də ciddiləşdirərək, onun sevgisini də qazana bilib. Aralarındakı səmimi münasibətlər Xuramanın adıçəkilən obyekti görmək istəyənə qədər davam edib. Qadın ödədiyi pula görə Ağ şəhərdə aldığı obyektə baxmaq istəmədiyini bildirib. Bu tələbdən sonra Adil gizlənməyə başlayıb. Nəticədə onlar polisdə görüşməli olublar. Adil və Xuraman arasında olan pul mübahisəsinə məhkəmə son verib. 

Məhkəmənin qərarı ilə Adil Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Əhməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi