azia.az
azia.az

Dövlət Xidmətinin nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

23-11-2023, 21:29


Nümayəndə heyəti “Rəqabət və İstehlakçıların Müdafiəsi” mövzusunda II Beynəlxalq Konfransa qatılıb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Gürcüstana səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində keçirilən  “Rəqabət və İstehlakçıların Müdafiəsi” mövzusunda II Beynəlxalq Konfransda iştirak edib. 

Konfransda rəqabət siyasəti və davamlı inkişaf, rəqabətin məhdudlaşdırılması faktlarının araşdırılması və önləyici mexanizmlər üzrə beynəlxalq təcrübələr, eyni zamanda, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı cari yanaşmalar və çağırışlara dair təqdimatlar edilib və panel müzakirələr aparılıb.  

Panel müzakirələrindən biri e-ticarət sahəsində istehlakçıların hüquqlarının müdafiəsi üzrə əsas trendlərə və çağırışlara həsr olunub. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) Rəqabət və istehlakçı siyasəti istiqamətinin rəhbəri Tereza Moreyranın moderatorluğu ilə keçirilən müzakirələrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov, Polşanın Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi Ofisinin vitse-prezidenti Daniel Mankovski, Litvanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyinin direktoru Qoda Aleksayte, Macarıstanın Rəqabət Təşkilatının Rəqabət Şurasının üzvü İzabella Soboşlay və Yunanıstanın Rəqabət Komissiyasının vitse-prezidenti Hara Nikolopulu iştirak ediblər. İştirakçılar dünyada və ölkələrində e-ticarət sahəsində istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı cari vəziyyət, bu sahədə mövcud çağırışlar, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə və davamlı inkişafa nail olmaq üçün tətbiq edilən qlobal mexanizmlərə dair fikri mübadiləsi aparıb, təqdimatlarla çıxış ediblər. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi