azia.az
azia.az

Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib

23-11-2023, 08:43

 

Kanadanın Toronto şəhərində Azərbaycanlı Kanadalılar Şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində Türk Dünyasının mədəni irsinin təbliği məqsədilə Qala gecə təşkil olunub.

Tədbir çərçivəsində Fondun himayəsində yaradılan və 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən qadın musiqiçilərdən ibarət . Qrupun bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadədir.

Tədbirdə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin İcraiyyə Şurasının nümayəndələri Dmitriy Kirilov və Nigar Cabiyeva, Kanadanın ruhi sağlamlıq üzrə naziri və səhiyyə nazirinin müavini Ya'ara Saks, Kanada Parlamentinin üzvləri Françesko Sorbara və Əli Ehsassi çıxış edərək, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadıklarını vurğulayıblar. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Azərbaycanlı Kanadalılar Şəbəkəsinə Türk mədəniyyətinin Kanadada təbliğində göstərdikləri səylərə görə Təşəkkür bəlgəsi təqdim olunub.

“Yeddi Gözəl” anlamblının ifasında Türk Dünyasının görkəmli bəstəkarlarının əsərləri və xalq mahnıları qonaqlara unudulmaz anlar yaşadıb.

Tədbirdə Kanadanın siyasi və mədəni dairələrin nümayəndələri, Kanada parlamentinin üzvləri, müxtəlif ölkələrin Kanadada fəaliyyət göstərən diplomatları, Azərbaycan və Türk cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi