Cinsi gücü artırmaq üçün bunu edin
Cinsi zəiflik bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Stress, yorğunluq və pis vərdişlər kimi faktorlar cinsi gücü azalda bilər. Xəbər verilir ki, cinsi gücü artırmaq istəyən bir çox kişi həll yolu olaraq dərmanlara üstünlük verir. Ancaq bu dərmanlar sağlamlıq üçün riskli ola bilər.
Prof. Dr. İbrahim Saraçoğlu dərman istifadə etmədən cinsi gücü artırmağın yolunu açıqlayıb.
İbrahim Saraçoğlu ən faydalı bəhməzin keçiboynuzu bəhməzi olduğunu vurğulayıb.
"Keçiboynuzu bəhməzinin dadı ağır olduğundan üstünlük verilmir. Ancaq onun sağlamlığa faydası çoxdur.
Keçiboynuzu bəhməzi cinsi gücü artırır. Sperma sayını artırma xüsusiyyəti də var. Bu səbəbdən "hamilə qala bilmirəm" deyənlərə keçiboynuzu bəhməzi məsləhət görülür.
Eyni zamanda, bu bəhməz qan azlığına qarşı faydalıdır. Xolesterolu azaldır, ürəyi dəstəkləyir, dişləri və diş ətlərini qidalandırır".( bakupost.az)