Məşhur aktrisa 22 illik sevgilisi ilə 78 yaşında evləndi
Türkiyəli 78 yaşlı usta aktrisa Zerrin Sümer 22 il birlikdə yaşadığı sevgilisi ilə 8 ay əvvəl evləndiyini etiraf edib. Xəbər verilir ki, aktrisa bunu Gökay Kalaycıoğlu ilə “360 dərəcə” verilişində deyib.
“7-8 ay əvvəl ailə qurdum. Heç kimin xəbəri olmadı, çünki bunları demirəm. İllər əvvəl İstanbulda yaşayarkən bir gecə çox xəstələndim və telefona belə qaldıra bilmirdim. O vaxt telefonlar çox deyildi. Öz-özümə dedim ki, belə olmaz. Oğluma dedim ki, həyatıma kimisə daxil edəcəm. O da cavabında bildirdi ki, razıdır, amma evlənməyimi istəmir.
Sonra həqiqətən həyatıma kimisə daxil etmək istədim. Həmin gecə telefona gedə bilməməyim mənə çox təsir etdi. Kömək edəcək kimsə yox idi. Qorxdum bir az. 1-2 ildən sonra indiki həyat yoldaşımla görüşdük. İllər sonra ilk dəfə birindən xoşum gəldi. Mənə qayğı göstərməsi xoşuma gəldi. Açıq şəkildə ondan xoşum gəldiyini dedim. Çox təəccübləndi. Evlilik təklifini o, etdi. 22 ildir bir evdə yaşayırıq. Biz söhbət edərkən birdən dedi ki, səninlə evlənək. Mən də hə dedim”, – deyib.
Aktrisa ilk həyat yoldaşından xəyanətə görə boşandığını da bildirib.