azia.az
azia.az

Vətən müharibəsi iştirakçılarının ailələrinə bayram sovqatı aparılıb

7-11-2023, 09:11

 

Şəhid ailələri və müharibə veteranlarının sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, müharibə əlillərinə, torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Hər bir azərbaycanlı bu qələbə sevincini xalqımıza yaşadanlara minnətdardır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həlli üçün zəruri tədbirlər görür. Hazırda Dövlət Vergi Xidmətində vətən borcunu şərəflə yerinə yetirmiş 78 əməkdaş, o cümlədən 37 nəfər Mərkəzi Aparatda və Bakıda yerləşən struktur bölmələrdə, 41 nəfər isə ərazi vergi orqanlarında çalışır. Onlardan 21 nəfəri Vətən müharibəsi bitdikdən sonra işlə təmin edilmiş müharibə iştirakçılarıdır. 

Bu günlərdə DVX-nin əməkdaşları ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində 8 Noyabr - Zəfər Günü ərəfəsində vergi sistemində çalışan Vətən müharibəsi iştirakçılarının ailələrini ziyarət edərək onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı aparıblar. Qeyd olunub ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi, onların sosial təminatının gücləndirilməsi istiqamətində mütəmadi olaraq bir çox tədbirlər həyata keçirilir. Müharibə iştirakçıları diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi