Sükan arxasında canlı yayım açan xanım sürücü ölümlə üz-üzə - VİDEO
Son zamanlar sükan arxasında müxtəlif sosial şəbəkələr üzərindən canlı yayım açaraq avtomobil idarə edən sürücülər çoxalıb. Qanunla bu sürücülər mobil telefon və ya smartfondan istifadə etmir. Çünki qanun yalnız cihazı əldə tutaraq istifadə edən zaman sürücünün məsuliyyətinin yarandığını qeyd edir. Amma...
Sürücünün diqqəti yolda olmalıdır. Çünki ani diqqətsizlik qəzaya səbəb ola bilər.
Avtosfer.az-ın təqdim etdiyi videoda "Tik-Tok" üzərindən canlı yayım edən xanım sürücünün necə qəza vəziyyətinə düşdüyü görünür. Telefon əldə olmasa belə gələn şərhlərə baxmaq və cavab vermək hissi sürücünü yoldan yayındırır. Eyni zamanda canlı olaraq qoşulan digər şəxslə də söhbət edir. Təcrübə göstərir ki, sürücünün diqqəti yoldan yayınan zaman hərəkətlərini idarə edə bilmir. Ümid edirik ki, bu video canlı yayım həvəskarları üçün bir dərs olacaq.
Fərid